Çörəyin içindən görün nə çıxdı?!-FOTOLAR

10 Fevral 2015 14:40 (UTC+04:00)

Cəzaçəkmə müəssisəsinə narkotik tərkibli həblər keçirməyə cəhd olunub.Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə 15 saylı cəzaçəkmə müəssisəsində baş verib. Cinayət Məcəlləsinin 120.1,29; 120.2.7 və 66.3 maddələrinə əsasən 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rafiq Məşədi oğlu Mövsümova Tovuz rayon sakini Əsəd Məsim oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, çörəyin içərsində xüsusi üsulla gizlədilmiş 30 ədəd "Tramadol" həbi aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.