Direktor müavini işləmək istəyirsinizsə...Müsahibə olacaq

19 Fevral 2015 13:20 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin ikinci mərhələsi - müsahibə başlayıb. İdarədən Movqe.az-a verilən məlumata görə, komissiya tərəfindən aparılan müsahibədə imtahan nəticəsi 60%-dən yuxarı olan (18-30 sual arası) namizədlər iştirak edirlər.

Yanvarın 24-ü laborantlığa namizədlər üçün keçirilən imtahanda 245 nəfər, yanvarın 25-i təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə 149 nəfər, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vazifəsi üzrə namizədlər üçün imtahanda isə 45 nəfər iştirak edib.

Müsahibədə müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.