Gecə dəhşəti: 6 ev yandı, ata və körpələri öldülər

22 Fevral 2015 12:08 (UTC+04:00)
Paytaxtda gecə dəhşətli yanğın olub.

Movqe.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşlara məxsus, taxta konstruksiyalardan ibarət, ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1979-cu il təvəllüdlüCəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlüCəlilov Amil Şaiq oğluvə 2010-cu il təvəllüdlüCəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.