Çay sümükləri gücləndirir

25 Fevral 2015 10:20 (UTC+04:00)

Yapon elm adamlarının verdiyi açıqlamaya görə, qara çay içərisindəki antioksidantlar, xüsusilə irəli yaşlarda yaranan sümük zəifləməsinin qarşısını alır.

Movqe.az xəbər verir ki, Osteoporoz adı verilən və yaşı irəliləmiş insanlarda görülən sümük itkisi və zəifləməsi olaraq təyin edilən xəstəliyə qarşı qara çay içmənin faydalı olduğu deyilib.

Osaka Universitetində aparılan və Keizo Nishikawa tərəfindən idarə edilən araşdırmada qara çayda "theaflavin-3" deyilən bir antioksidant maddənin sümük toxumasına zərər verən fermenti yox etdiyi və bu şəkildə sümüklərin toxumasının güclü qaldığı təsbit edilib.

Yapon elm adamlarının verdiyi açıqlamaya görə, fərq ediləcək dərəcədə bir inkişafın meydana gəlməsi üçün 60 kilo olan bir yetkinin sümük toxumasını gücləndirmək üçün üç gün içərisində 60 fincan çay içməsi lazımdır.