Azərbaycanda pensiyalar və maaşlar qalxacaq

25 Fevral 2015 19:50 (UTC+04:00)

"Manat devalvasiya olunmaya bilmirdi. Onun devalvasiyası böhranla əlaqədar deyildi. Manatın özünü və daxili bazarı qorumaq üçün mexaniki sürətdə edilib".


Movqe.az xəbər verir ki, bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.


Əhalinin 70-80%-nin özəl sektorda çalışdığını deyən millət vəkili əlavə edib ki, özəl sektor qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırdığına görə yeni maaşları da formalaşdırır.


"Qalır dövlət və büdcə təşkilatlarında işləyənlər, təqaüd və müavinət alanlar. Onları isə dövlət artıq özünün qərarları və yaxud sərəncamları ilə müəyyən müddət qaldıracaq. Həm büdcə təşkilatlarında işləyənlərin maaşı qaldırılacaq, eyni zamanda təqaüdlərin qaldırılması gözləniləndir", - A.Mirzəzadə əlavə edib.