Azərbaycan Cənubi Osetiyada keçirilən “prezident seçkilərini” tanımır
12 Aprel 2012 11:51 (UTC+04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Cənubi Osetiya
regionunda keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı
bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata
görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın
ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir
daha bildirərək, Sxinvalidə - Cənubi Osetiyada 8 aprel 2012-ci il
tarixində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımadığını
bəyan edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar
prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə
qətiyyətlə inanır.