Həbsxananı basıb təcavüzçünü qaçırdılar-FOTO

6 Mart 2015 12:50 (UTC+04:00)

Hindistanda təcavüz hadisələrinə etiraz məqsədiylə mitinq keçirən insanlar, Mərkəz həbsxanasını basdı və keçən ay təcavüz ittihamı ilə həbsə atılan bir şübhəlini qaçırıb, şəhər meydanında parçaladı, daha sonra da yandırdı.

Movqe.az xəbər verir ki, son illərdə tez-tez təcavüz hadisələriylə gündəmə gələn Hindistanın Nagaland əyalətinə bağlı Dimapur şəhərində, təcavüz hadisələrinə etiraz məqsədiylə mitinq keçirən insanlar bir anda idarədən çıxaraq Mərkəz həbsxanasını basıb.

"The Indian Express"in xəbərinə görə, Banqladeş əsilli olduğu öyrənilən 35 yaşındakı Syed Farid Khan adlı bir adamın keçən fevral ayında bir qız şagirdə dəfələrlə təcavüz etməsini etiraz məqsədiylə dünən "Gənc Şagirdlər Federasiyası" tərəfindən bir nümayiş təşkil edilib.

Nümayiş, 10 mini keçən etirazçıların, təcavüzlə günahlandırılan Syed Farid Khanın olduğu Mərkəz həbsxanasının qarşısından keçərkən bir anda idarədən çıxıb və izdihamdan qopan bir qrupun həbsxananın qapılarını qıraraq həbsxanaya daxil olması ilə daha da alovlanıb.

Syed Farid Khanı alan qrup, təcavüzlə günahlandırılan şübhəlini lüm-lüt soyduqdan sonra 7 kilometr yerlərdə sürüyərək, daş və çubuqlarladöyüb. Daha sonra da şübhəlinin şəhər meydanında parçalayıb cəsədini yandırıblar.

Qrup bu arada, avtomobil ticarətiylə məşğul olan şübhəlinin dükanının olduğu bir prospektdəki evləri və dükanları da atəşə verib.

Hadisələr nəticəsində ətraf mühitə dəhşət saçan kütləyə müdaxilə etmək istəyən polislə qrup arasında qarşıdurma çıxıb. Qarşıdurma zamanı çox sayda nümayişçi də yaralanıb.