Ölkə lideri öldü
12 Aprel 2012 14:40 (UTC+04:00)
Cəzairin qurucularından Əhməd Min Bellə, 95 yaşında paytaxt
Cəzairdə vəfat edib. Bir müddətdir xəstə olan Min Bellənin tənəffüs
çatmazlığı nəticəsində həyatını itirdiyi açıqlanıb. Respublika
başçısı Əbdüləziz Buteflika, ölkənin ilk lideri Min Bellənin ölümü
ilə bağlı ölkədə bir həftə yas elan edib. Buteflika, "Cəzairin ən
cəsur liderlərindən birini itirdik" deyib. İkinci Dünya Müharibəsi
illərində Fransa ordusunda döyüşən və medal ilə mükafatlandırılan
Min Bellə, daha sonra Fransanın müstəmləkə rəhbərliyinə qarşı
verilən müstəqillik
mübarizəsində qabaq sıralarda iştirak edib.
1962-ci ildə ölkənin müstəqilliyiə qovuşmasından sonra 1963-cü ildə
böyük bir dəstək alaraq ölkənin ilk respublika başçısı seçilib.
Ancaq 1965-ci ildə keşmiş silah yoldaşı Huari Bumedyen tərəfindən
hakimiyyətdən uzaqlaşdırılıb və 1980-ci ilə qədər ev həbsində
tutulub.
Növbəti illərdə o, Cəzairdən xaricdə yaşayıb. 1990-cı illərdə
İsveçrəyə köçən Min Bellə, Cəzairə son olaraq 1999-cu ildə
Buteflikanın respublika başçısı seçilməsindən sonra qayıdıb. Əhməd
Min Bellə üçün cümə günü cənazə mərasimi təşkil ediləcək. Min
Bellənin cənazəsini cümə gününə qədər xalqın ziyarət edə biləcəyi
bildirilib.
Ziba Yusifova