Madriddən Avropa Birliyini (AB) ölkələri liderlərinə xəbərdarlıq
12 Aprel 2012 15:10 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, İspaniya Baş naziri Mariano Rajoy Avropa
ölkələri liderlərinə İspan iqtisadiyyatı ilə bağlı verdikləri
bəyanatlarda 'sözlərini daha diqqətlə seçmələrini' söyləyib.
Rajoy dünən Madrid parlamentində etdiyi çıxışında İtalyan Baş nazir
Mario Montinin ötən həftələrin birində söylədiyi şərhlərə cavab
verib. Rajoy 'dünya bazarlarında İspaniyanın öz ayaqları üzərində
durabildiği mesajının verilməyə çalışıldığı bir dövrdə Avropa
Birliyi liderlərinin etdiyi şərhlərin buna təsir etditini ' qeyd
edib.
Büdcə problemləri ilə mübarizə aparan başqa bir Avropa ölkəsi olan
İtaliyada baş nazir Mario Monte bir televiziya kanalına verdiyi
müsahibəsində 'İspaniyanın maliyyə problemlərinin Avropadakı
maliyyə bazarlarında mövcud olan gərginliklərdən qaynaqlandığını
deyib.. Montinin bu sözləri Madrid hökümətindəki digər kabinet
üzvlərinin də dədiqqətini çəkib. Bundan əlavə İspaniya hökuməti
böyük ictimai borcları və işsizliyə qarşı olan mübarizəsində Avropa
Birliyinin maliyyə köməyindən yararlanmayacağını xatırladıb.
Əfqanə Əliyeva