Movqe.Az xəbər portalının məlumatına görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "dəyirmi masa"da həmin müraziətlə bağlı müzakirələr aparılıb və təkliflər dinlənilib. Tədbirdə bır sıra mətbuat qurumlarının rəhbərləri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və yerli jurnalistlər iştirak ediblər.
Mətbuat Şurasının sədriƏflatun Amaşov müraciətin mətnini jurnalist qurumlarının rəhbərlərinə təqdim edib və Azərbaycanda medianın ən ciddi problemi olan iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət dəstəyi artırılmasını qeyd edib.
Azərbaycan jurnalistlərinin müraciətində
bir çox məslələrlə yanaşı qeyd olunur ki, bəzi dairələr Avropanın
"Eurovision" mahnı müsabiqəsi kimi mədəni tədbirini çirkin siyasi
məqsədləri üçün siyasiləşdirməyə cəhd edirlər: "Bu, milyonlarla
avropalıya qarşı hörmətsizlikdir. Bakıda
"Eurovision"mahnı müsabiqəsindən çox qabaq başlamış və müsabiqədən
də sonra davam etdiriləcək abadlıq işləri insan haqlarının
pozulması kimi qiymətləndirilə bilməz", - müraciətdə
bildirilir.
Qeyd edək ki, Müraciət Avropa
Yayımları Birliyinə və yarışmada iştirak edəcək bütün ölkələrə
göndəriləcək.
Fuad Mədətov