American Music Awards 2011 mükafatının təqdimat mərasimində
amerikalı müğənni və aktrisa Cennifer Lopes yenə də ulduz təki
parlayıb.
Kristina Aqilera, Castin Biber, Devid Quetta və Kris Braunun da
qatıldığı şouda Cennifer Lopes dünyaca məşhur reper Pitbull ilə
birlikdə "On the Floor" mahnısını ifa edib. Bir qədər sonra isə
onlara Lopesin sabiq əri Mark Entoni qatılıb.
Şounun ilginc məqamlarından biri Cey Lonun səhnədəki ifası zamanı
Pitbulla sıxılması, az qala striptiz göstərməsi olub. Hər halda
musiqi tənqidçilərinin fikrincə, American Music Awards-ın tarixində
belə erotik, eynən striptizi xatırladan ifa olmamışdı.