İndiyədək sosial ipoteka yalnız gənc ailə məfhumunu əhatə edib. Təklif etmişik ki, bu, gənclərə və gənc alimlərə də şamil edilsin. Bunu jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. O söyləyib ki, Gənclər və İdman Nazirliyi sosial ipotekaya ayrılan məbləğin artırılmasını istəyir: "Təklif etmişik ki, ipoteka ildə 4 faizlə, 30 il müddətinə verilsin. Biz bununla bağlı cavab gözləyirik".