Regionlarda insan alverinə qarşı tədbirlərə start verilib
13 Aprel 2012 22:45 (UTC+04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə regionlarda insan
alverinə qarşı aksiyalara start verilib. Nazirliyin mətbuat
xidmətindən verilən məlumata görə, "İnsan alverinə yox deyək!"
devizi ilə Saatlı və Hacıqabul rayonlarında keçirilən
tədbirlərdə 400 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib.
Gənclərə əlavə məlumat üçün maarifləndirici çap materialları da
paylanılıb. Mədəni-kütləvi aksiyalarda Azərbaycan estradasının gənc
müğənniləri insan alverinə qarşı şüarlar səsləndirərək gəncləri bu
yolda diqqətli olmağa çağırıblar. Qeyd edək ki, aksiyalar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının İnsan
alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"na
(2009-2013-cü illər) və Gənclər və İdman Nazirliyinin iş planına
uyğun olaraq keçirilib. Aksiyalar aprel ayı ərzində Salyan,
Neftçala, Beyləqan və Ağcabədi rayonlarında davam etdiriləcək.