Səfir: ABŞ-ın hesabatının Avropa Oyunlarına aidiyyəti yoxdur

1 İyul 2015 11:40 (UTC+04:00)

ABŞ-ın insan haqları üzrə hesabatı illikdir və bu, Prezident Karterin vaxtından qalan çoxdankı ənənədir.


Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.


Diplomat bildirib ki, bəzi ölkələr barədə hesabatlar onlarla dialoq üçün əsas yaradır: "Hesabat uzun müddətə hazırlanır və elə alındı ki, bu, Avropa Oyunları ilə üst-üstə düşdü, lakin onun Oyunlara aidiyyəti yox idi".