Gənc qalmaq üçün lazım olan qidalar

1 İyul 2015 14:50 (UTC+04:00)

Movqe.az gənc qalmaq üçün lazım olan qidaların adlarını təqdim edir.


Portağal: Dinamizmin qaynağıdır. Damar tıxanmasının qarşısını alır. Bədəndəki müqaviməti artırır. Pomidor: Xərçəng önləyici antioksidan ehtiva edir. Qadınlarda süd vəzi və yumurtalıq xərçəngi riskini azaldır. İnfarkt riskini də azaldan xüsusiyyəti var.


Gül kələmi: Yaşlanmağı gecikdirən bitkilərin önündə durur. Toksinlərin meydana gəlməsinə maneə törədir. Bədəndəki hüceyrələrin zərər görməsini yavaşladır. Xərçəngə qarşı da qoruyucudur.


Yulaf: Xolesterol azaldıcı xüsusiyyəti var. Həzmi sürətləndirdiyi üçün də pəhriz reseptlərində seçilir.


Somon balığı: Bir boşqab somon balığı 19 qram zülal və Omeqa-3 ehtiva edir. Omeqa-3 infarkt riskini azaldaraq, qan təzyiqini nəzarətdə saxlayır.


Yaşıl noxud: Zülal, lif və nişasta baxımından zəngin qidadır. Yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizamlayır.


Qoz: Yüksək xolesterolu salan qoz damar tıxanması və şəkər xəstəliyinin müalicəsinə köməkçi olur. Ehtiva etdiyi dəmir sayəsində qan azlığına yaxşı təsir göstərir.


Böyürtkən: Yaşlılıqdan qaynaqlanan yaddaş itkisinin qarşısını alır. Bundan başqa, gözəllik qaynağı kimi də bilinir.


Qatıq: Zəngin qida dəyəri sayəsində immunitet sistemini gücləndirər, bu xüsusiyyəti səbəbiylə bədəni xərçəngdən qoruyur. Bədəndə öz-özünə həzm edilən tək qida qatıqdır. Vərəm xəstəliyinə qarşı təbii bir antibiotik təsiri göstərir.


Balqabaq: Bir kiçik qab balqabaq, gündəlik beta-karoten ehtiyacının 25 faizini, C vitamini ehtiyacının yüzdə 10-unu qarşılayır və yaxşı miqdarda kalium ehtiva edir. Ayrıca yaxşı bir lif qaynağıdır. Beta-karoten, bir çox xərçəng növünün qarşısını almağa köməkçi ola bilər.


Soya paxlası: 53 qramlıq soya ununda 31 yumurtanın, 6 böyük şüşə südün və ya 900 qramlıq sümüksüz ətin ehtiva etdiyi qədər zülal olduğu müəyyənləşib.


Hind toyuğu: 125 qramı bədənin gündəlik fol turşusu ehtiyacını qarşılayır. Fol turşusu qan hüceyrələrinin yenilənməsinə yardımçı olur.


İspanaq: Antioksidan xüsusiyyət daşıyan A vitamininə çevrilən beta-karoten ehtiva edir. Sağlam gözlər üçün lazımlıdır.


Çay: Gündə 2 stəkan içilən çayla, 4 alma, 5 soğan, 7 portağal yemiş kimi ürək dostu antioksidan maddə almış olarsınız. Xüsusilə uşaqların həftədə ən az 6 stəkan südlü çay içməsi təklif edilir.