Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verib

1 İyul 2015 14:40 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilməsi haqda sərəncam imzalayıb. 

Movqe.az  xəbər verir ki, sərəncamla polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib. 

Polis polkovnikləri Seyfulla Səttar oğlu Əzimova və Əkbər Arif oğlu Yusifova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, iyulun 2-də Azərbaycanda Polis Günü qeyd olunur.