Kəndli qadınlara belə yardım ediləcək

2 İyul 2015 13:40 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi kəndlərdə yaşayan qadınlara yardım göstərəcək. Nazirliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında bununla bağlı müqavilə imzalanıb. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.Nazirlikdən deyilər ki, "Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək" layihəsi ilə bağlı müqavilə imzalanıb.FAO-Türkiyə əməkdaşlıq proqramı çərçivəsində maliyyələşən, Azərbaycanda və Türkiyədə həyata keçiriləcək layihə müddətində pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasına köməklik ediləcək.Kömək isə kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsindən ibarət olacaq. Aparıcı qadın fermerləri üçün Türkiyəyə ilə tanışlıq səfərləri təşkil olunacaq.