Yeni `WikiLeaks` qalmaqalı: Almaniyada kimlər izlənilirmiş?

2 İyul 2015 15:00 (UTC+04:00)

1990-cı illərdən başlayaraq, ABŞ Angela Merkel və daha 69 nəfərin telefon danışıqlarını dinləyib. Bu barədə Almaniyanın "Sueddeutsche Zeitung" qəzeti `WikiLeaks` mənbələrinə istinadla xəbər yayıb.İzlənmə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (ANB) və Britaniya kəşfiyyatı tərəfindən birgə həyata keçirilib. İzlənilənlərin çoxu nazirlər, xüsusilə də müxtəlif dövrlərdə maliyyə naziri postunu tutmuş şəxslərdir. Dövlət katibi, xarici işlər naziri və Avropa Mərkəzi Bankının rəhbərinin telefonları da dinlənilib.Kansler Angela Merkel, keçmiş maliyyə naziri Oskar Lafonten, keçmiş stats-katib Barbara Hendriks, keçmiş iqtisadiyyat naziri Vernar Müller, iqtisadiyyat naziri Ziqmar Qabriel dinlənilən şəxslərin arasındadır.İnformasiyalardan belə məlum olur ki, ABŞ kəşfiyyatını ilk növbədə ticarət və pul-kredit siyasəti maraqlanıb. Təkcə telefonlar yox, faks aparatları da izlənilib.Yada salaq ki, buna qədər Fransa mediası da `WikiLeaks`-ə istinadla ölkə elitasının izlənilməsi haqda xəbərləri yaymışdı.