İrəvan nümayişçiləri polislə danışıqlardan imtina etdi

2 İyul 2015 15:40 (UTC+04:00)

İrəvanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçıları polislə danışıqlara getməkdən imtina ediblər.Trend bu barədə "Armenia Today" saytına istinadən xəbər verir. Yeni koordinasiya qrupu aksiyanın keçirilmə yerinin dəyişdirilməsi ilə bağlı polislə danışıqlar aparmaq istəmir. Bu barədə "Azatutyun" radiosuna koordinasiya qrupunun üzvü David Sanasaryan deyib.