“Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

2 İyul 2015 18:10 (UTC+04:00)

ABŞ-ın "Google" internet şirkəti ödəniş əlavələri ilə bağlı informasiyanı izləmək üçün ayrıca servis yaradacaq. Movqe.az-ın məluatına görə, bu barədə "Payspacemagazine" yazır."Google Payments" adlanan yeni xidmət mağazalarda alış-verişin ödənişi üçün "Android Pay" servisindən və "Google Wallet" pul köçürmələri sistemindən istifadə edən istifadəçilərin maliyyə informasiyasını emal edəcək.Şirkət nümayəndəsi qeyd edib ki, "Google" ödənişlərlə əlaqədar yeni məhsul istifadəyə verməyə hazırlaşır. İstifadəçilərin ödənişləri izləyə biləcəkləri "Google" akkauntuna bağlı "payments.google.com" saytı yaradılacaq. "Google Payments" servisində istifadəçilərin həyata keçirdikləri əməliyyatlar, hər hansı ödəniş kartının istifadə müddətinin başa çatması ilə bağlı mühüm məlumatlar təsvir olunacaq. Saytda istifadəçilər funksiyaları dəyişə və öz hesablarını idarə edə biləcəklər.