Dövlət Xidməti: Azərbaycanda icbari sığorta haqları artırılmayacaq

2 İyul 2015 18:40 (UTC+04:00)

Azərbaycanda tətbiq olunan icbari sığorta haqlarının yaxın vaxtlarda artırılması gözlənilmir. Movqe.az-ın verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib: "Çünki bunun üçün heç bir iqtisadi əsas yoxdur"."Bu məsələ o vaxt müzakirə oluna bilər ki, həmin sığorta növü sığortaçılara zərər gətirsin. Hazırda isə belə bir problem yoxdur", - deyə N.Xəlilov qeyd edib.Dövlət Xidmətinin rəisi əlavə edib ki, əgər bu gün Azərbaycanın icbari sığorta sahəsində problem varsa, bu da zərərlə bağlı deyil: "Sığorta şirkətləri üçün problem işin aparılması, xərclərinin yüksək olmasındadır. Bu gün sığorta şirkətləri o barədə düşünməlidir".