Ermənistan güzəştli kredit əsasında Rusiyadan ultra-müasir "İsgəndər M" operativ-taktiki raket komplekslərini ala bilər. Bu raket kompleksləri ən yüksək texniki parametrlərə malikdir. AzVision.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti hakim Respublika Partiyasındakı mənbəyə istinadla məlumat verib.
Məlumata əsasən, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək. İclasda Ermənistan Silahlı Qüvvələrinin ən müasir silahlarla təmin olunması üçün 200 milyon dollar güzəştli kreditin ayrılması haqqında Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış sazişin ratifikasiya məsələsi müzakirə olunacaq.