Hamının xoşuna gələn yeddi keyfiyyət

2 İyul 2015 22:00 (UTC+04:00)

Hər bir adamın öz zövqü, o cümlədən ətrafdakılara münasibətdə öz şövqü vardır, lakin, demək olar ki, hamının xoşuna gələn keyfiyyətlər də mövcuddur. Ən azı, bu, necə deyərlər, şəxsi münasibətlərə, həmçinin dostluğa aiddir.

İnsanların əksəriyyətinin ürəyincə olan yeddi keyfiyyət bunlardır.


Həmsöhbəti dinləmək bacarığı


Bu, bacarığa çox az adamlar malik olur. Əksər hallarda insanlar başqasını dinləməyə yox, özlərinin danışmasına üstünlük verirlər. Və təbii ki, bizi dinləyirlərsə, bu, xoşumuza gəlir. Ona görə də dinləməyi bacaran adam yüksək qiymətləndirilir.

Dinləmək qabiliyyətini inkişaf etdirmək üçün diqqəti həmsöhbətinizin sizə nə dediyinə cəmləməyi sınaqdan keçirin.

Əgər sizə maraqlıdırsa, yəni ünsiyyət saxlamağın mənası varsa, ona maraqlı suallar verin.


Qayğı


Kimin qayğıdan xoşu gəlmir? Sevgi və sədaqətli olmağı daim etiraf etmək olar, lakin heç nə ilk yardıma gəlməyə hazır olmaq, partnyoru xəstə olan vaxt ona qulluq etmək, onu hansısa bir sürprizlə sevindirmək və ya sadəcə olaraq, çətin vəziyyətdə ona ürəyi yanmaq qədər təsiredici ola bilməz.

Burada yalnız bir məsləhət vermək olar- təkcə özünüz haqqında düşünməyi dayandırın, öz tərəfdaşınızın ehtiyaclarını hiss etməyə və onları təmin etməyə çalışın. Insanın qayğısına yalnız ehtiyacı olan vaxt qalın.


Həyatdan məmnunluq


Özünü təmin edən və həyatından razı olan insanlar öz problemlərindən və bu və ya digər çatışmazlıqdan, məsələn, ideal olmayan xarici görünüşündən, ya da az əmək haqqından şikayət edən adamlara nisbətən həmişə daha cəlbedici olurlar.

Bu cür insan olmaq üçün əlinizdə olanlarla kifayətlənməyi öyrənin. Bunun üçün ilkin olaraq özünü başqaları ilə müqayisə etməyi dayandırmaq lazımdır. Sonra həyatınızdakı yaxşı tərəfləri axtarmağı sınaqdan keçirin və buna görə ətraf dünyaya təşəkkürünüzü ifadə edin. Həyatınızdakı yaxşı şeyləri görməyi öyrənən kimi başqa adamalara münasibtlərinizin necə dəyişdiyini hiss edəcəksiniz.



Yumor hissi


Biz özümüzü müsbət emosiyalarla "yoluxduran" adamları sevirik. Tez-tez gülümsəyən və gülən adamla həmişə ünsiyyətdə olmaq qaşqabaqlı və qaraqabaq adamlarla ünsiyyətdə olmaqdan daha xoşdur.

Psixoloqlar bildirirlər ki, yumor hissi, istisnasız olaraq, hamıda vardır. Bəlkə, sadəcə, bunu nümayiş etdirmək üçün utanmağı unutmaq lazımdır?



Nəyisə yüksək səviyyədə etmək bacarığı


Bu, bir neçə dili çox gözəl bilmək, avtomobili məharətlə idarə etmək, musiqi alətində əla ifa etmək, yüksəkkeyfiyyətli təmir işlərini bacarmaq və s. ola bilər. İnsanları, adətən, peşəkarlıq və ustalıq heyran edir. Həmçinin öz işini dərindən bilən, məsləhətlər verə bilən adamlar da xoşa gəlir.

Peşəkar olmaq o qədər də çətin deyildir. Hər şeydən əvvəl sizin güclü tərəflərinizə uyğun gələn hansısa bir məşğuliyyət tapmaq və onda yüksək nailiyyətlər əldə etməyə çalışmaq lazımdır.

Yeri gəlmişkən, sevimli işlə məşğul olmaq çox vaxt bizə ünsiyyət saxlamaq üçün potensial tərəfdaşlar tapmaqda da kömək edir.



Qeyri-sağlam "qəribəliklər"in olmaması


Insanlar hansısa prinsip və ya maraqlara meyllilikdən ehtiyatlanır. Məsələn, sizin daim sağlam qidalar qəbul etməyiniz, ərköyünlük etməyi sevməyiniz və xidməti işçilərlə ünsiyyət vaxtı hüquqdan danışmağınız, hər şeyə nəzarət etməyiniz, həddən çox söyüş söyməyiniz və s. potensial tərəfdaşınızın xoşuna gəlməyə bilər.

"Qəribəliklər"dən xilas olmaq üçün əvvəlcə bunların halların həqiqətən sizdə olub-olmadığını müəyyənləşdirmək lazımdır, çünki bu, bir adamın fikri ola bilər. Amma əgər yaxınlarınızın və dostlarınızın əksəriyyəti bunu təsdiq edirsə, onda bu barədə fikirləşmək lazımdır. Və ola bilər ki, öz qarşınızda hansısa məhdudiyyətlər qoymalısınız ki, ətrafdakılarda mənfi emosiyalar yaratmasın.


Kompromislərə getmək bacarığı


Kompromislərin olmaması, tez və ya gec, münasibətlərin korlanmasına gətirib çıxarır. Əgər siz özünüzü çox avtoritar aparırsınızsa, güzəştə getməkdən imtina edirsinizsə, günlərin birində tərəfdaşınızın sizə dözməyəcəyinə və sizi atacağına təəccüblənməyin.

Amma əgər, əksinə, bütün situasiyalarda da güzəştə getsəniz, tədricən, özünüzü çox narahat hiss edəcəksiniz və bu da münasibətlərin korlanmasına gətirib çıxara bilər.

Ona görə də problem və ixtilafları razılaşma yolu ilə həll etməyə və özünüzü tərfdaşınızın yerinə qoymağa çalışın. Həmçinin, əgər tərəfdaşın sizi məcbur etdiyi "qaydalar" ürəyinizcə deyilsə, ona da öz sözünüzü deməyə çalışın.