Plutonla görüşə iki həftədən az qalır

2 İyul 2015 23:00 (UTC+04:00)

New Horizons missiyasının alimləri bildirirlər ki, kiçik planet Plutonla görüşə iki həftədən az vaxt qalır.

Artıq bu ay- iyulun 14-də New Horizons kosmik aparatı Plutona və onun beş təbii peykinə maksimum yaxınlaşacaq. Həmin gün tədqiqat zondu və planet arasındakı məsafə təqribən 10 000 km olacaq.

Missiya alimlərinin bildirdiyinə görə, son 7 həftə ərzində planetlərarası avtomatik stansiya öz elmi alətləri vasitəsilə planetə tərəf gedən yolda rastına çıxan toz buludları, halqalar və digər təsadüfi obyektləri tədqiq edib. Bununla belə, 49 600 kmsaat sürətlə uçan kosmik aparatın yolunda rast gəlinən bəzi hissəciklər onun üçün təhlükəli ola bilər.

Kosmik aparat iyunun 26-da Plutondan 21,5 mln. kilometr məsafədə olan vaxt planetin və onun təbii peyklərinin yeni fotoşəklini çəkib.