Azərbaycan müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb

3 İyul 2015 11:00 (UTC+04:00)

Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Latviyanın yeni seçilmiş prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq. Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.