Putin Ruhani ilə görüşəcək

3 İyul 2015 11:20 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, ölkə liderlərinin görüşü iyulun 10-da beynəlxalq sammit çərçivəsində Ufada planlaşdırılır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbər verib.


"Görüş gözlənilir. Və biz həqiqətən belə görüşü hazırlayırıq", - deyə Peskov qeyd edib.


Qarşıdakı Ufa sammitlərində Rusiya ŞOS və BRİKS iştirakçılarını qəbul edir və sədrlik edən ölkədir. Yanvarda İranın rəhbərliyi 2015-ci ildə Rusiya prezidenti ilə görüşün olacağını qeyd etmişdi.