Daha bir qanuna dəyişiklik ediləcək-Eksklüziv

3 İyul 2015 15:38 (UTC+04:00)

Miqrasiya qanunvericiliyində dəyişiklik gözlənilir. Bu barədə Movqe.az-a məlumatı Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov verib. A. Allahverənov bildirib ki, miqrasiya qanunvericiliyi daim inkişaf etdirilir və İctimai Şura da bu prosesə öz töhfəsini verməkdədir. "Vaxtaşırı miqrasiya qanunvericiliyində dəyişikliklərə baş verir və İctimai Şura da bu və ya digər qanun layihə ilə bağlı təklif etmək səlahiyyətinə malikdir. Məhz bu mövqedən çıxış edərək Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura fəaliyyəti zamanı həmin qanun layihələri tanış olmaq niyyətindədir və bu əsasda təklif vermək iqtidarındadır. Ümid edirəm ki, yaxın vaxtlarda İctimai Şuranın məhz bu səpkidə də sərgiləyəcək fəaliyyəti ilə də tanış olacaqsınız".