Bu il 206 çoxmərtəbəli binaya qaz verilib

3 İyul 2015 16:30 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi 2015-ci ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 206 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə Movqe.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin binalarda ümumilikdə 3 912 ailə yaşayır.

Qurum, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlı olduğunu açıqlayıb.