Bank sektoru üçün get-gedə daha böyük problemə çevrilən qaytarılma vaxtı keçmiş kreditlərlə bağlı çətinlik hələ də çözümünü tapmır. Görülən qabaqlayıcı tədbirlər, Mərkəzi Bank tərəfindən tətbiq olunan qadağalar hələ də bu problemin tam çözümünə imkan vermir. Ekspertlər isə təklif edir ki, kreditlərin hamısının sığortalanması həyata keçrilməlidir ki, bu sahədə mövcud problemin miqyası daha da genişlənməsin.
Düzdür, adətən kreditlərin verildiyi zaman bank müqavilələrində risklər maksimum nəzərdə tutulur. Lakin bu da verilmiş kreditlərin qaytarılmasına tam zəmanət vermir. Bu səbəbdən ən yaxış vasitə kreditlərin sığortalanmasının həyata keçrilməsidir. Bu cür siğortalandırmanın mövcüdlüyu hətta borc götürənin ödəmə qabliyyətini itirdiyi halda pulların banka sığorta şirkəti tərəfindən nəzərdə tutulmuş şərtləri əsasında qaytarılmasına zamanət verir. Kreditin qaytarılmaması riskindən sığorta zamanı elə borcun (ipoteka, avtokredit, ipoteka, istehlak və ekpress kredit) özünün rəsmiləşdirilməsi zamanı tələb olunan sənədləri təqdim etmək lazım gəlir. Bundan əlavə sığorta şirkətləri lazımi hesab etdikləri istənilən bir sənədi də əlavə olaraq tələb edə bilərlər Düzdür, müəyyən banklar sığortalanmamış kredit vermirlər. Bəzi banklar bu məqsədlə özünün sığorta şirkətin yaradır. Sonda sığortalı kreditlərin qaytarılma ehtimalı daha yükskə olur. Beləliklə sığortalanmış kreditlər hər tərəfə əlverişlidir. Bank öz kreditin qaytarılmaması risklərini miniuma salır. Borc götürən isə sığorta polisıni əldə edərək bilir ki, hansısa xoşagəlməz vəziyyətlə qarşılaşdıqda borcunun ağırlığı sığorta şirkətin üzərinə düşəcək. Amma burada da müəyyən problemlər müşahidə olunur.
Problemli kreditlərin miqdarını artımı sığorta şirkətlərini məsələyə daha ehtiyatıl mövqe sərgiləməyə vadar edir. Qeyd edəkki, banklarda problemli kreditlərin həcmi 1,2 milyard manatı ötüb. Belə bir vəziyyət sığorta şirkətlərinin kreditləri sığortalamaqdan imtina etmələrinə səbəb olur. Sığorta bazarı üzrə ekspert Ramin Məmmədov "Marja"ya bildirib ki, hazırda bütün banklar həmin növdə sığorta məhsulu almağa maraqlıdırlar. Amma sığorta şirkətləri belə bir məhsulu satmaq istəmirlər: "Bizdə bankların əsas fəaliyyət istiqaməti kreditləşmə olduğu üçün sığorta şirkətləri də öz məhsullarını kreditlər ilə bağlı təqdim edirdilər. Mən xatırlayıram ki, 2004-2010-cu illərdə sığorta şirkətləri bankların verdikləri kreditləri sığortalayırdılar. Amma bu çox böyük zərərliliyə gətirib çıxardı. Banklar həm kreditin verildiyi, həm də müştəridən geri alınması zamanı məsələyə cox ciddi yanaşmadılar. Çünki kredit sığortalıdır, borc ödənməsə, onu sığorta şirkətindən ala bilər. Kreditlərin sığortalanması kredit götürən şəxslərin də məsuliyyətsizliyinə gətirib çıxartdı. Sığorta şirkətləri də borcların qaytarılmadığını gördüyü üçün bundan əl çəkdilər".
Ramin Məmmədov qeyd edib ki, problemli kreditlərin sayı artdıqca, bankların kredit sığortasına maraqları artıb: "Onlar kreditin qaytarılmaması riskinin daha da artdığını hiss edirlər. Bu riski özlərindən uzaqlaşdırmaq üçün ilk ağıla gələn sığortadır. Sığorta şirkətləri də bunun fərqindədirlər. Sığorta şirkətləri başa düşürlər ki, belə sığortanın şirkətlərinə faydası yoxdur".
Ekspert qeyd edib ki, nəyinki istehlak kreditləri, biznes kreditləri də sığortadan kənarda qalır: "Biznes kreditlərinin sığortalanması üçün sığorta şirkəti biznes kreditlərinin verilməsi şərtləri ilə ciddi tanış olmalıdır. Bunun üçün biznesi analiz edən peşəkar ekspertlər lazımdır. Həm də, biznes kreditlərinin faiz dərəcələri istehlak kreditlərindən aşağıdır və əlavə sığorta faiz dərəcələrini yüksəldir. Bu da kreditin cəlbediciliyinin itməsinə səbəb olur. Amma sığorta şirkətləri kreditin qaytarılmamasının bəzi səbəbləri üzrə biznes kreditlərini sığortalaya bilərlər. Məsələn, müflis olma. Müflisolmanın qanunvericilikdə əsasları var, əgər müflisolma məhkəmə qərarı ilə təsdiq olunarsa sığorta ödənişi həyata keçirilə bilər".