Fransa "WikiLeaks"in yaradıcısına sığınacaq verməkdən imtina edib

3 İyul 2015 17:30 (UTC+04:00)

Fransa "WikiLeaks"in yaradıcısı Culian Assanja sığınacaq verməkdən imtina edib.

Movqe.az "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Fransa prezidentinin sarayından bildirilib.

Yelisey sarayının bəyanatında vurğulanıb ki, Assanjla bağlı məsələnin hüquqi aspekti və maddi şəraitinin ətraflı araşdırılması göstərib ki, Fransa bu müraciəti təmin edə bilməz: "Assanjın həyatı üçün elə bir təhlükə yoxdur. Bundan başqa onun həbsinə order verilib". 

Xatırladaq kİ, Culian Assanj sığınacaq almaq üçün Fransa prezidenti Fransua Ollanda müraciət etmişdi.