İranlı komandan: "Xəzərin təhlükəsizliyi yalnız 5 sahilyanı ölkənin nəzarətində olmalıdır"

4 İyul 2015 21:00 (UTC+04:00)

"Xəzər dənizinin təhlükəsizliyi məsələləri yalnız 5 sahilyanı ölkənin nəzarətində olmalıdır. İstənilən xarici qüvvənin bu su hövzəsində mövcudluğu bölgənin təhlükəsziliyinə ciddi təhdid sayılır".

Movqe.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari deyib. 

O, iyunun 4-də Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri komandanı admiral Viktor Çirkovla görüşüb. 

Tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin yollarını müzakirə ediblər.