Azərbaycan məktəblərindəki kompüterlərin proqram təminatı lisenziyalaşdırılacaq

5 İyul 2015 12:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə "Microsoft Azerbaijan"ın nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.


Onun sözlərinə görə, bu sahədə reallaşdırılması planlaşdırılan işlər 2014-cü ilin aprel ayında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəddə (Education Transformation Agreement) göstərilib.


Bu sənəd əsasında perspektivdə ölkənin ali təhsil müəssisələrində istifadə olunan kompüterlər də lisenziyalı proqram təminatı ilə təmin olunacaq.