Almaniyada istidən yolların asfalt-beton örtüyü çatlayır

5 İyul 2015 17:00 (UTC+04:00)

Qərbi və cənub-qərbi Avropa anormal istilərdən əziyyət çəkir.

Movqe.az-ın TASS agentliyinə istinadən xəbər verir ki, Fransada və Almaniyada havanın hərarəti 40 dərəcəyə çatıb.

Alman rəsmilər bildirib ki, yüksək temperaturun təsiri ilə bir sıra yolların asfalt-beton örtüyündə çatlar əmələ gəlib.

İtaliya və İspaniyada da şiddətli istilər hökm sürür. Ekspetrlərin fikrincə, istilərə Saxara səhrasından əsən küləklərin səbəb olub.

Sinoptiklərin məlumatına görə, Almaniya üzərində yerləşən böyük antisiklon Atlantikadan təmiz dəniz havasının daxil olmasına maneçilik törədir.