Yeni stadion istifadəyə veriləcək

6 İyul 2015 00:30 (UTC+04:00)

Gəncə şəhər stadionunda kiçik ölçülü süni örtüklü meydançada AFFA tərəfindən aparılan təmir işləri yekunlaşıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, meydançaya müasir standartlara cavab verən yeni süni qazon salınıb. Artıq gələn həftədən komandalar bu meydanda məşq edə biləcəklər. Qeyd edək ki, yaxın gələcəkdə Gəncə şəhər stadionunun ərazisində müxtəlif ölçülü süni örtüklü bir neçə meydançanın salınması da planlaşdırılıb.