ATƏT PA-nın yeni baş katibi seçilib

6 İyul 2015 12:30 (UTC+04:00)

ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilib. Movqe.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT PA-nın yeni baş katibi italiyalı deputat Roberto Montella olub. O, bu vəzifəyə qurumun iyulun 5-də Finlandiya paytaxtı Helsinkidə başlayan illik sessiyası zamanı seçilib.

R.Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda postunu tərk edəcək və onu R.Montella əvəzləyəcək. 

Qeyd edək ki, ATƏT PA baş katibi 5 il müddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq yalnız 2 dəfə seçilə bilər.