Yunanıstanın maliyyə naziri istefa verib

6 İyul 2015 12:40 (UTC+04:00)

Yunanıstanın maliyyə naziri Yannis Varufakis istefa verib. Bu barədə Movqe.az "RİA Novosti"yə istinadən xəbər verir.

İstefanın səbəbləri hələlik açıqlanmayıb.

İyulun 5-də Yunanıstanda referendum keçirilib. Səsvermədə iştirak edən yunanların 61,31%-i kreditorlarla borclar üzrə müqavilə şərtlərinin əleyhinə səs verib.