Movqe.az xəbər verir ki, yayın ən qızğın vaxtıdır, ancaq artıq avqustun sonunda mağazalara payız-qış kolleksiyaları daxil olmağa başlayacaq. Soyuq mövsümə əvvəldən hazırlaşmaq daha yaxşıdır, buna görə də biz yaxın yarım ildə hansı əşyalardan istifadə edəcəyəmizi müəyyən edəcək əsas tendensiyaları seçmişik.
Qotika
Ağır çəkmələr və "tikanlı" gödəkcələr geyinən qızlar bu il dizaynerlər üçün əsas ilham mənbələrindən biri olublar. Odur ki, ağır musiqinin və estetikanın bütün pərəstişkarları özlərini rahat hiss edə bilərlər. Bu stilistika daha çox Aleksandr Venqin kolleksiyasında özünü göstərib.
Givenchy, Balenciaga
Uzun paltolar
Payız-qış podiumlarında plaş qiymətli materiallardan hazırlanan paltoya çevrildi, ancaq məğzi dəyişməz olaraq qaldı. Gələn mövsüm üst geyimlərinin ətəkləri uzanıb, çiyin xətti aşağı düşüb, biçim isə onu göstərir ki, dəbli paltonu rahat şal kimi sarınıb geyinmək olar.
Christian Dior, DelPozo
Chanel, Chloé
Mebel printləri
İngilis qonaq otaqlarının yumşaq kresloları üzərində rənglər və venzellər moda həftələrinin əsas podiumlarında geyim və paltoları bəzəyib. Belə interyer rəngləmələri çox effektli görünür: onlar dərin tonlarla hazırlanıb və ən sadə əşyanı rəngli edə bilir.
Burberry Prorsum, Marni
Dizdən aşağı həcmli xəz palto
Bu trend cəsarətsizlər üçün deyil: qarşıdan gələn qışda Stella McCartney, Louis Vuitton, Christian Dior və bir sıra digər markalar böyük (ancaq çox isti) şubalar geyinməyi təklif edir. Variantlar çoxdur, ancaq onları bir şey birləşdirir - 2015-ci ildə şuba qısa və darıxdırıcı olmamalıdır.
Fendi, Proenza Schouler
Louis Vuitton, Christian Dior
80-ci illər
80-ci illərin stili yəqin ki, 20-ci əsrin ən dəlisov moda axını olub və qarşıdan gələn mövsümdə biz böyüdülmüş çiyinləri olan geyimləri, aktiv dekoru və digər şeyləri bir-biri ilə necə uyğunlaşdırmaq lazım olduğunu yada salmalı olacağıq.
Céline, J.W. Anderson
Metaldan dekor
İstənilən formada parıltı - payız-qış mövsümünün əsas tendensiyalarından biridir. Metallik elementlərlə naxış isə onun ən qeyri-adi növüdür.
Balenciaga, Valentino
"Havalı" əşyalar
Gələn mövsüm balon gödəkcələr də dəbdə olacaq. Ən şaxtalı günlərdə geyinilən gödəkcələrlə əlaqələndirilən material Chanel jaketlərinə, Fendi paltosuna və Rag & Bone bomberlərinə "ikinci həyat" verib.
Moschino, Chanel
Trikotaj geyimlər
60-cı illərdə Ceyn Birkinin geyindiyi geyimləri dizaynerlər bu il ciddi və daha az seksual variantda təklif edirlər. Hamar və ya fakturalı trikotajdan toxunma geyimlər soyuq mövsümdə istənilən kokteyl obrazının əsası ola bilər.
Stella McCartney, Louis Vuitton
Palto-buşlat
Buşlat bir zamanlar Böyük Britaniya Kral hərbi-dəniz donanması formasının bir hissəsi kimi tanınırdı, indi isə dizaynerlərin əksəriyyətinin müraciət etdiyi baza palto modelinə çevrilib. Hər şeydə dəqiqliyi sevənlər dənizçilərin formasının bütün detallarını özündə daşıyan Michael Kors və Chloe buşlatlarını bəyənəcəklər.
Chloé, Michael Kors
Vinil
Bu, vinil, laklanmış dəri və ya hətta lateks ola bilər - əsas odur ki, heç olmasa qarderobunuzda bir əşya parıltı ilə sayrışsın. Əslində isə parlaq plaşlar və ətəklər 60-cı illərin futurizmini yada salır.
Alexander McQueen, Prada
Məxmər
Məxmər və velür - sadə topu belə xüsusi hadisələr üçün əşyaya çevirə bilən mürəkkəb və teatral materiallardır. Dizaynerlərin çoxu qara və dərin göy rəngə üstünlük veriblər. Onların üzərində məxmər əşyalar xüsusilə dəbdəbəli görünürlər.
Lanvin, Emilio Pucci
Pulcuqlu geyimlər
Payız-qış 2015 mövsümündə pulcuqlu geyimlərə daha çox rast gələcəyik. Dizaynerlər hesab edirlər ki, bu geyimdirsə, tamamilə sayrışmalıdır, əgər pulcuqlarla tikilmiş printdirsə, mürəkkəb fakturalı olmalıdır, əgər bu əlavə effektlərdirsə, qoloqrafik olmalıdırlar.
Prabal Gurung, Jason Wu
Statement-botfortlar
Corab-çəkmələr artıq bir neçə mövsümdür öz mövqelərini tərk etmirlər. Brendlər bizə qızıl platformada parlaq zamşalı, laklanmış çox hündür botfotlar və ən cəsur rəngli düyməli çəkmələr arasında seçim etməyi təklif edir.
Christian Dior, Versace