Movqe.Az xəbər verir ki, bu barədə "Report"a icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, icra hakimiyyətinin başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: "Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib".
Qeyd edək ki, iyulun 6-da Telemexanika Zavodunda sexlərdən birində baş verən partlayış nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.