Çempion qazandığı pulu maşına xərclədi

6 İyul 2015 20:00 (UTC+04:00)

"Bakı-2015" I Avropa Oyunlarında taekvondo yarışlarında 68 kq çəkidə Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, o, "Dodge" markalı maşının fotosunu "İnstagram" hesabında paylaşıb.Ayxan qızıl medalın sahibi olduğu üçün 150 min manat pul mükafatı (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min) alıb.