Movqe.az-ın məlumatına görə, müğənni bu haqda "Star life" verilişinə açıqlamasında deyib.
O, məclisin mediaya qapalı olacağını deyib:
"Toy haqda geniş danışmaq istəmirəm. Şəxsi həyatımın, ailəmin içinin mediada işıqlandırılmasını sevmirəm. Mənim mülküm, avtomobilim gündəmə gəlməz. Könül Kərimova toyla bağlı hər şeyi bilir. Ona etibar edirəm deyə, açıqlamışam. Qeyri-adi bir toy olacaq. Məclisdən müəyyən görüntüləri efirlərə təqdim edəcəm ki, xəbərləri olsun".