Yunanıstandakı hadisələr TAP-ın inşasına mane olmayacaq

7 İyul 2015 14:30 (UTC+04:00)

Yunanıstanda hökm sürən qeyri-müəyyənlik və hökumətin qərarları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 20%-lik paya sahib olduğu Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasına mane olmayacaq. Movqe.az-ın "Report"-a istinadən xəbər verir ki, bu barədə yunan mediasında məlumat yayılıb.

Məlumata görə, Yunanıstanın DESFA şirkətini satmaq istməməsi belə, bu kəmər üçün maneə yarada bilməz və tezliklə hökumətin SOCAR-ın təklifi ilə razılaşmalı olacağı ehtimal edilir.