Azərbaycanda pul bazasının həcmi 2015-ci il iyulun 1-nə 7 487 mln. manat təşkil edib. Bu, iyunun 1-nə nisbətən 110,3 mln. manat və ya 1,4 % azdır.
Azərbaycan Mərkəzi Bankından Movqe.az-a verlən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 4 054,9 mln. manat və ya 35% azalıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 3 998,2 mln. manat və ya 34,8% təşkil edib.
Qeyd edək ki, pul bazası 2014-cü ilin sentyabrın 1-də pik həddə - 11 743,6 mln. manata çatıb.