Azərbaycanda gömrük təmizlənməsi üzrə elektron müraciətlərin sayı artıb

8 İyul 2015 14:30 (UTC+04:00)

Movqe.az-ın Trend-ə istinadən məlumatına əsasən, bunu Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.


A.Əliyev bildirib ki, gömrük xidmətləri üzrə ümumilikdə 433 mindən çox elektron müracit qeydə alınıb: "Bu gün elektron hökumətin inkişafı olmadan biznesə yardım qeyri-mümkündür. Ölkədə elektron xidmətlərin bir neçə ildir vüsət almasına baxmayaraq, artıq elektron hökumət çərçivəsində 14 dövlət orqanı ilə işləyirik".