Baş redaktor və əri fahişəxana təşkilinə görə saxlanıldı

8 İyul 2015 16:45 (UTC+04:00)

Moskva polisinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları Peterburqdan olan həmkarları ilə bərabər, xüsusi təyantlıların dəstəyi ilə "Flirt" jurnalının 37 əməkdaşını saxlayıblar. Movqe.az xəbər verir ki, bu haqda "Lenta.ru" redaksiyasına Rusiya DİN-in rəsmi nümayəndəsi Yelena Alekseyevadan daxil olmuş press-relizdə deyilir. "Nəşrin baş redaktoru və ona qanunsuz biznesin təşkilində yardım edən əri Rusiya Federasiyasının Cinayət-Prosessual Mməcəlləsinin 91-ci maddəsi üzrə saxlanılıblar", - o bildirib.32 yaşlı Moskva sakini və onun əri fahişə sifarişi üçün "dispetçer" şəbəkəsinin təşkilində şübhəli bilinirlər.

Leninqrad vilayətində yerləşən nəşriyyatda, eləcə də paytaxt "coll-center"də axtarış aparılıb. Yüngül təbiətli qızların müştəri bazası, 2 milyon rubl və 10 min dollar pul müsadirə edilib.