Bu ərazilərdə çimmək mümkün olmayacaq

8 İyul 2015 17:30 (UTC+04:00)

Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəniz sahilində çimmək üçün qadağan olunmuş ərazidə bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən mühafizə postu yaradılıb. Movqe.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, mühafizəçilər adıçəkilən ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırır və onların göstərilən əraziyə daxil olmalarının qarşısını alırlar.