4 gün qeyri-iş günü olacaq - Ramazan bayramında

8 İyul 2015 23:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü il noyabrın 21-də "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edilib.

Qərara əsasən, 17 və 18 iyul tarixləri Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. İyulun 18-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən müəssisələrdə iyulun 20-si bazar ertəsi günü də qeyri-iş günü olacaq.