Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hava əlaqəsi haqqında saziş imzalanıb.
Movqe.az-ın "Azərtac" agentliyinə istinadən verdiyi xəbərə görə, imzalanma mərasimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub.
Sazişi Azərbaycan hökuməti adından səfir Rasim Rzayev, Səudiyyə Ərəbistanı hökuməti adından Baş Mülki Aviasiya Administrasiyasının vitse-prezidenti Feysəl Həməd Əl-Suğeyr imzalayıblar.
İmzalanma mərasimində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Hacıyev və Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.