Suda boğulanları xilas edərkən həyatını itirən polisin ailəsinə Ramil Usubovdan daha bir diqqət
9 İyul 2015 11:14 (UTC+04:00)
Suda boğulan iki nəfərin həyatını xilas etmək üçün
öz həyatını qurban verən polis serjantı Zaur Nurəliyevin ailəsini
dünən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi,
polis general-mayoru Yaşar qəbul edib. Bu
barədə Movqe.az-a Zaur Nurəliyevin ortancıl qardaşı Mahir Nurəliyev
məlumat verib. M. Nurəliyev bildirib ki, dünən onları qəbul edən
Yaşar Əliyev dərin kədərini bildirərək ailəyə baş sağlığı verib:
Cənab Yaşar Əliyev bizə böyük diqqət və nəvazişlə yanaşdı. Cənab
nazir Ramil Usubovun baş sağlığını çatdırdıqdan sonra nəyə
ehtiyacımız varsa hər birinin heç bir problem olmadan həll
ediləcəyini söylədi. Y. Əliyev Zaurun məzarı üzərində abidəsinin də
ucaldılacağına söz verdi. Onun göstərdiyi igidliyin polis adına
şərəf olduğunu söylədi. Biz də minnətdarıq, başda cənab Ramil
Usubov olmaqla bu sistemdə çalışan hər bir kəsə ailəmizə göstərdiyi
diqqətə görə. Onunla təsəlli tapırıq ki, Zaur başqalarının canını
qurtararkən həyatını itirib. O, əsl polis nəfəri kimi davranıb. Bu
bizim yeganə təsəllimizdir. Bu gün də yas mərasimində həm Yaşar
Əliyev iştirak edəcək. Cənab nazirin də iştirakı gözlənilir. Biz
ailəmizə bu kədərli günlərində dəstək verən hər kəsə başda cənab
nazir olmaqla minnətdarlığımızı bildiririk".