Damlanın “Bu bahar”ına klip çəkildi

9 İyul 2015 13:10 (UTC+04:00)
Gənc müğənni Damla söz və musiqisi Tural Bayraməliyevə məxsus "Bu bahar" mahnısına klip çəkdirib. Nail Naiboğlunun ekranlaşdırdığı klipin çəkilişləri Cəlilabad və Mingəçevirdə aparılıb. Yaradıcı heyət çəkiliş üçün Mingəçevirdə Kür çayını kənarını seçiblər. İki gün davam edən "Bu bahar" kino lentə çəkilib və yaxın günlərdə medi nümayəndələrinin təqdimatına çıxarılacaq. Qeyd edək ki, klipdə Damla xanım müxtəlif imicdə təqdim edilib. Sənətçi xanımın vizaj və stili üzərində Anar Məmmədov çalışıb. Klipi isə operator Delee lentə alıb. Xatırladaq ki, ötən həftələrdə təqdim edilən mahnı artıq rekord sayda dinləyici qazanıb.