Yunanıstanda iqtidaryönlü partiyaları seçki qorxusu bürüyüb
13 Aprel 2012 22:47 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Borc böhranı ilə mübarizə aparan
Yunanıstanda 6 may taixində keçiriləcək seçkilərdə uğursuzluğa
düçar olması düşünülən kəslər hazırda hamıya aydındır.
Qənaət paketlərini tətbiq edən koalisiya ortaqları sorğularda səs
itirməyə davam edir. Iqtidardakı mühafizəkar Yeni Demokratiya
Partiyası və sosialist PASOK-un seçkilərdə mütləq əksəriyyətin
razılığını alması qeyri-mümkün görünür.
Xilasetmə paketlərinin təhlükədə olması və ölkənin iflasa
düşməsindən narahat olan baş nazir Lucas Papadimos xalqa sandığa
getmələri istiqamətində təsir edib.
Ancaq Yunan seçicilərinin buna cavabı çox qəti olub: "Dəqiqliklə
səs verəcəyəm. Hansı partiyaya səs verəcəyimi bilmirəm amma gümanki
kiçik partiyalardan birini seçəcəm."
"Sandıqdan mütləq əksəriyyətin razılığına sahib bir partiya çıxsa
yaxşı olar .Davamlı olaraq seçkiyə getmək istəmirəm."
"İktidaryönlü partiyalar etibarımızı tamamilə itirib. Birmənalı
olaraq kiçik partiyalara səs verəcəm."
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu BVF-nin maliyyə
yardımını alan Yunanıstanda işsizlik rəqəmləri getgedə
artmaqdadır..
Bəzən ictimai parlayışların olduğu ölkədə işsizlik nisbəti 22%-ə
qədər yüksəlib.
Əfqanə Məzahirqızı